Yazını böyüt
Yazını kiçilt
Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan hafta.az-a bildiriblər ki, fevralın 11-də saat 18:45 radələrində Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora" markalı nəqliyyat vasitəsi ağaca dəyib. Hadisə nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.